Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub"

İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub"
Sakura

İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub"

"Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR