İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət