Slimfit
  1. SİYASƏT

İlham Əliyev: “ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə proqnozlaşdırıla bilən olub”

İlham Əliyev: “ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə proqnozlaşdırıla bilən olub”
Sakura

İlham Əliyev: “ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə proqnozlaşdırıla bilən olub”

“Rusiya və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, 30 il Azərbaycan və Ermənistan arasında fəal danışıqlar prosesinin iştirakçıları olublar, lakin təəssüf ki, bu danışıqlar heç bir nəticə verməyib”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələr zamanı çıxışında deyib.

“Eyni zamanda hazırda ABŞ və Rusiya arasında münasibətlərin aşkar şəkildə çox aşağı səviyyədə olduğu bir vaxtda məlum olub ki, münaqişənin həlli Rusiya və ABŞ-ın çox fəal və açıq əməkdaşlığa malik olduqları yeganə məsələ idi”, - dövlət başçısı deyib.

Prezident qeyd edib ki, Bakıda bir neçə dəfə Rusiya və NATO Baş Qərargah rəislərinin görüşləri və danışıqları keçirilib:

“Başqa bir yer də seçə bilərdilər. Ancaq Bakının seçilməsi Azərbaycanın müstəqil xarici siyasətini, ölkəmizə yüksək hörmət və etimadı əks etdirir”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ və Rusiyanın Azərbaycana münasibətdə siyasəti və əksinə Azərbaycanın bu ölkələrə münasibətdə siyasəti hər zaman sabit və proqnozlaşdırıla bilən olub.

İlham Əliyev əlavə edib ki, Azərbaycan bu ölkələrin hər biri ilə strateji əlaqələr qurub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR