Slimfit
  1. İQTİSADİYYAT

İlham Əliyev: “1 300 meqavat itirilmiş generasiya gücləri bərpa edilib”

İlham Əliyev: “1 300 meqavat itirilmiş generasiya gücləri bərpa edilib”
Sakura

İlham Əliyev: “1 300 meqavat itirilmiş generasiya gücləri bərpa edilib”

“Azərbaycanda əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən Azərbaycanın və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılıb”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.

 “Vaxtında təmir işləri aparılmayıb. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmayıb. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilib. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanılıb. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəyib. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilib”, - deyə o, qeyd edib.

“1 300 meqavata qədər itirilmiş generasiya gücləri son iki il ərzində mövcud stansiyalarda bərpa edilib. Ən böyük işlər “Mingəçevir” İstilik Elektrik Stansiyasında görülüb. Orada 600 meqavat generasiya gücü bərpa edildi. 2400 meqavat gücündə olan və bu gün tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və o, bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək.

“Cənub” Elektrik Stansiyasının təmiri nəticəsində orada 200 meqavat generasiya gücü bərpa olunmuşdur. Modul tipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edildi. “Mingəçevir” və “Şəmkir” su elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edildi. Digər stansiyalarda da işlər aparıldı və bütövlükdə iki il ərzində biz 1300 meqavat itirilmiş gücləri bərpa etdik. Hesab edirəm ki, bu, çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizə milyardlarla dollara başa gələ bilərdi. Ancaq “Azərenerji” bunları çox məhdud büdcə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilib.

Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək”, - deyə İ.Əliyev əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR