Dərc edildi: Baxış sayı: 522
İldə 31 milyon avro maaş alır
"La Gazzetta dello Sport" İtaliya A Seriyasında ən çox maaş alan futbolçuların siyahısını dərc edib.
Qaynarinfo xəbər verir ki, siyahıya "Yuventus"un hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik maaşı 31 milyon avrodu.
Məlum olub ki, Ronaldonun maaşı 4 klubun - SPAL, "Udineze" (hər ikisi 30 milyon), "Breşia" (28 milyon) və "Verona"nın (25 milyon) futbolçularına verdiyi ümumi əmək haqqından çoxdu.
İkinci pillədə "Yuventus"un digər üzvü - yeni transfer Matteys de Liqt qərarlaşıb. Holland yarımmüdafiəçinin maaşı 8 milyon və əlavə 4 milyon bonusdan ibarətdi.
İlk "üçlüy"ü "İnter"in yeni transferi Romelu Lukaku qapayır. Belçikalı ulduza 7.5 milyon maaş və 1.5 milyon avro bonus veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət