İlaxır çərşənbədə evi yanan iki ailə üçün yeni mənzil tikiləcək
Cəlilabadda ilaxır çərşənbədə evi yanan iki ailə yeni mənzildə yaşayacaq.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki hadisə martın 14-də 28 may küçəsi, 98 saylı ünvanda yerləşən Teymurov Arif Ağalar oğlu və Teymurova Nazilə Böyükağa qızının ailə üzvləri ilə birlikdə yaşadığı evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 170 kvadratmetr olan birmərtəbəli evinin yanar konstruksiyaları və əşyaları tamamilə yanıb.
Hər iki ailə yaşadıqları evi sığorta etdirmədikləri üçün çıxılmaz vəziyyətdə qalıblar.
Həmin sakinlərlə eyni küçədə yaşayan sahibkar Mirəzim İsayev Rayon İcra Hakimiyyətinə müraciət edib və ailəyə həmin həyətdə öz vəsaiti hesabına yeni fərdi yaşayış evinin tikilməsinə müvafiq köməklik göstərilməsini istəyib.
Qeyd edək ki, bir ay müddətində yeni fərdi yaşayış evi inşa edilərək ailəyə təhvil veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət