Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

“İlan sancması zamanı ürək döyüntüləri zəhərin bədənə yayılmasını sürətləndirir”

“İlan sancması zamanı ürək döyüntüləri zəhərin bədənə yayılmasını sürətləndirir”
Sakura

“İlan sancması zamanı ürək döyüntüləri zəhərin bədənə yayılmasını sürətləndirir”

Yay mövsümü gəldiyindən ilan sancmalarının sayı da çoxalıb. Bəs insanlarımız bu kimi hadisələrdə ilkin olaraq hansı profilaktik tədbirlər görməlidirlər?
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az-a açıqlamasında ilan sancması hadisəsiylə bağlı ilk tibbi yardımın nədən ibarət olduğunu danışdı:
 
“İlan və ya əqrəb sancması zamanı həmin yerin jqutla bağlanması əsas şərtdir. Xəstəni sakitləşdirmək lazımdır ki, panikaya düşməsin. Çünki xəstə panikaya düşən kimi ürək döyünmələri artır və bu da zəhərin bədənə yayılmasını sürətləndirir. Çalışmaq lazımdır ki, xəstə təcili olaraq tibb məntəqəsinə çatdırılsın. İlanın sancdığı yeri bəzən kəsirlər və ya somururlar, bu qəti olmaz. Orda xəstəyə antedot vurulur və dərhal zəhər neytrallaşır. Əslində ilan şikarını həzm etmək üçün zəhər vurur. İlan zəhərlərinin bir çox növləri var və istənilən halda bunlar öldürücü təsirə malikdirlər. İlan sancmasından sonra insan 10-15 dəqiqə ərzində həyatını itirə bilər”. 
 
Vasif Əlihüseyn
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR