Slimfit
  1. AZƏRBAYCAN

“İkisahil.az” yeni ildə yeni dizaynda

“İkisahil.az” yeni ildə yeni dizaynda
Sakura

“İkisahil.az” yeni ildə yeni dizaynda

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutan və öz dəst-xətti ilə seçilən “İki sahil” qəzetinin “İkisahil.az” saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və  təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. 

Qafqazinfo” xəbər verir ki, saytda diqqəti cəlb edən əsas yeniliklərdən biri də qəzetin təsisçisi,  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına  davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının  fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində  yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir. 

Yeni sayt müasir tələblərə uyğun olaraq sadə, zövqlü, eyni zamanda, maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizayndan əlavə, saytın məzmununda da yeniliklər diqqətçəkəndir. Əvvəlki dizaynda mövcud olan  bölmələr də ümumiləşdirilərək  istifadəçilərə təqdim olunub. Belə ki, quruluş və məzmun baxımından müasir texnologiyaların  tələblərinə cavab verən yeni saytda “Siyasət”, “Ordu”, “SOCAR”, “İqtisadiyyat”, “Analitika”, “Sosial”, “Mədəniyyət”, “Dünya”, “Maraqlı”, “İdman”, “Köşə”, “Qan yaddaşı” bölmələri yer alıb. İstifadəçilər bu bölmələr vasitəsilə 27 ildən artıq  müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı sahələr üzrə dünəninə, bu gününə və sabahına baxış olmaqla operativ məlumatları əldə edə bilərlər.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR