Slimfit
  1. PSİXOLOGİYA

İkinci evliliklərin uğurlu və uğursuz alınmasının səbəbləri

İkinci evliliklərin uğurlu və uğursuz alınmasının səbəbləri
Sakura

İkinci evliliklərin uğurlu və uğursuz alınmasının səbəbləri

İnsanlar adətən, evlənərkən bunun bir ömür davam edəcəyini düşünərək evlənir.Böyük xəyallarla və ümidlərlə qurulan ilk evliliklər bəzən çox tez bitə bilir.İkinci dəfə ailə quran şəxslərdə yenə ayrılıq yaşaya biləcəyi qorxusu olur.

İkinci evliliklərin ilk evliliklərdən nə kimi fərqləndiyi üzrə bir çox araşdırmalar aparılmışdır.2007-ci ildə Falke tərəfindən aparılan araşdırmada, uğurlu alınan ikinci evliliklərdə aşağıdakı xüsusiyyətlər mövcuddur:

 

– Cütlüklər arasında xüsusən, önəmli mövzularda fikir birliyinə sahib olmaq;

– Ailələrindən və dostlarından sosial dəstək almaq;

– Maddi vəziyyətin yaxşı olması.

Uğursuz alınan ikinci evliliklərdə isə ən çox aşağıdakı hallar nəzərə çarpır:

– Uşaqların ögey ana və ata ilə yaşadığı problemlər:

– Əvvəlki həyat yoldaşı ilə bağlantının tamamilə itməməsi:

– Maddi sıxıntılar

 

İlk evliliyi uğursuz alınan və boşanan insanlarda bu bəzən travma almağa səbəb olur.Boşanan qadın və ya kişi ikinci dəfə xoşbəxt ola biləcəyinə inanmır, hər şeyin uğursuzluqla nəticələnəcəyini düşünür.Boşanan insan bəzən bunların əksinə olaraq tələsik addım atır, mövcud vəziyyətdən çıxmaq istəyir, tezliklə xoşbəxt olmağa çalışır.Bu zaman da insan səhv addımlar ata bilər, yanıla bilər.

Boşandıqdan sonra istər qadın, istərsə də kişi özünə zaman verməlidir.6 aydan az olmayan bu müddətdə yaşadıqlarını həzm etməli, etdiyi səhvləri analiz etməlidir.Bu dövr 6 – 18 ay arası davam edə bilər.Daha çox boşanma sonrası qadınlar uzunmüddətli yas tutar, kişilər isə vəziyyətdən daha tez çıxar.Təbii ki, bu hallar kənardan belə görünür.Boşanma vəziyyətinə gəlib çıxana qədər ailə mənəvi cəhətdən çox yorulmuş, uşaqlar varsa problemlər daha da artmışdır.Boşandıqdan dərhal sonra bütün problemlərin həll olunacağını düşünən cütlüklər, bu dövrdə asanlıqla depressiyaya düşə bilər.

Müasir dövrümüzdə psixologiya elmi sürətlə inkişaf etsə də, cəmiyyətimizdə ailə psixoloqundan yararlanan çox az insan vardır.Münasibətlərin düzəldilməsi üçün psixoloqa müraciət etmək vacibdir.Qadın və ya kişi İlk evliliyi boşanma ilə nəticələnmişsə ikinci evlilik üçün daha sakit olmalı, ilk evliliyi düzgün analiz etməlidir.Dağılan ailədə uşaqlar varsa bu dövrdə psixoloqdan dəstək almalı, itirmə qorxusunun qarşısı alınmalıdır.Bu zaman ailə üzvlərindən dəstək görmək, yaxın adamların dəstəyi vacibdir.Günümüzdə cəmiyyətimiz ikinci evliliklərə birmənalı yanaşmır və bu mövzuda ictimai qınaq yüksəkdir.

 

  Ülfət Abbaszadə

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR