“İkinci əl” paltarlar satışdan öncə kimyəvi təmizləmədən keçməlidir”
Son vaxtlar respublikamızın müxtəlif şəhərlərində “ikinci əl” geyim məhsullarının satıldığı mağazalanrın sayı sürətlə artmaqdadır. Bəs bu mağazalarda isthelakçılara təklif ediln geyim məhsulları tibbi-gigiyenik baxımdan istifadəyə nə dərəcədə yararlıdır? Bu paltarlar orqanizmdə hansısa xəstəliklərin yaranmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən professor Adil Qeybulla sözügedən paltarların satışdan öncə kimyəvi təmizləmədən keçməsinin vacibliyini vurğuladı:
“Əgər bu paltarlar geyilmiş paltarlardısa, mütləq kimyəvi təmizləmədən keçməlidir. Bu məhsullar dezinfeksiya olunandan sonra satışa çıxarılmalıdır. Birbaşa əyindən çıxan məhsulun satışa buraxılması düzgün deyil.
Paltar vasitəsi ilə hər hansı ciddi xəstəliyin keçməsi istisna olunur. Virusların da bu yolla keçməsi ehtimalı yoxdur. Ancaq bəzi dəri xəstəlikləri ola bilər ki, paltar vasitsi ilə başqasına keçsin.
Bir sözlə, istənilən hadla bu paltarlar satışdan öncə kimyəvi təmizləmədən keçməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət