Slimfit
  1. DÜNYA

İkinci Dünya müharibəsində batan gəmi tapıldı

İkinci Dünya müharibəsində batan gəmi tapıldı
Sakura

İkinci Dünya müharibəsində batan gəmi tapıldı

 

Amerikalı tədqiqatçılar İkinci Dünya müharibəsi zamanı Sakit Okean akvatoriyasında ilk döyüş tapşırığını yerinə yetirərkən batan “USS Grunion” sualtı qayığın bir parçasını tapıblar.

Pravda xəbər verir ki, tədqiqatçılar sualtı gəminin Aleut adaları sahillərindən 820 metr dərinlikdə batdığını bildiriblər.

Gəmi batan zaman göyərtəsində 70 ekipaj üzvü olub və onların hamısı ölüb.

“Lost 52” layihəsi çərçivəsində sualtı nəqliyyat vasitələrindən istifadə olunaraq “USS Grunion”un bir parçası aşkarlanıb.

Qeyd edək ki, “USS Grunion” sualtı qayığı 1942-ci ilin 11 aprelində suya buraxılıb. O, həmin ilin iyun ayında Berinq dənizi ilə həmsərhəd olan Aleut adalarına göndərilib.

Sualtı qayıq Yaponiyaya məxsus iki patrul qayığını batırmağa müvəffəq olub. Bundan sonra isə Holland Harbora (Alyaska) geri çağrılıb. Lakin sualtı qayıq yolda itib. 1942-ci ilin 5 oktyabrında itmiş gəmi siyahısına əlavə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR