Slimfit
  1. DÜNYA

İkinci 1 trilyon dollarlıq şirkət yoldadır

İkinci 1 trilyon dollarlıq şirkət yoldadır
Sakura

Dünyanın ən böyük onlayn pərakəndə şirkəti olan Amazon-un səhmi bahalaşmaqda davam edir

Dünyanın ən böyük onlayn pərakəndə şirkəti olan Amazon-un səhmi bahalaşmaqda davam edir. Dünən şirkətin səhminin qiyməti 2 min dollarla yeni bir səviyyəni də keçib. "Marja" xəbər verir ki, bu artımla Amazon-un bazar dəyəri 988 milyard dollar olub və 1 trilyon dollara yaxınlaşıb.

Amazon-un qurucusu Cef Bezos dünyanın varlı adamıdır.  
Amazon-un bir səhminin qiyməti dünən ən yüksək 2025 dolları görəndən sonra günü 2002 dollardan tamamlayıb. Beləliklə, son bir ildəki qiymət artımı 71%-ə çatıb.
Birjalarda "öküz" bazarının başladığı 2009-cu ilin Mart ayından bu yana Amazon-un səhminin bahalaşması 3 min faizi keçib. Başqa bir ifadə ilə, 9.5 il əvvəl Amazon səhmi alan investorlar 31 qat pul qazanıb.

Analitiklərə görə, Amazon-un səhmlərinin bahalaşmasının ən mühüm səbəbi şirkətin fəaliyyət sahələrini şaxələndirməsidir. Ötən il "Whole Foods" marketi 13.7 milyard dollara satın alaraq təzə meyvə-tərəvəz işinə daxil olan Amazon, iyun ayında da onlayn aptek "Pillpack"i alaraq əczaçılıq işinə addım atmışdır.
Amazon-un səhminin qiymətinin yaxın gələcəkdə 2500 dollara qalxacağı gözlənilir. Bu halda şirkətin bazar dəyəri də 1.2 trilyon dollara yüksələcəkdir.
 
İLKİ APPLE OLMUŞDU
Amazon 1 trilyon dollarlıq səviyyəyə yanaşan tarixdəki ikinci şirkətdir. Bu səddi keçən ilk şirkət isə 2 Avqustda  Apple olmuşdu. Apple-ın səhmləri 201,50 dollarlıq səhm qiymətilə birja tarixində bir ilkə imza atmışdı.
 

Apple dünən isə 225 dollarlıq səhm qiymətilə bazar dəyərini 1.07 trilyon dollara çatdırmağı bacarıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR