Dərc edildi: Baxış sayı: 612
İki teatra “akademik” statusu verildi
Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə qeyd olunub.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət