İki qardaşın anlaşmazlığından yaranan iki markanın hekayəsi: Adidas və Puma
Bütün qardaşlar dalaşıb küsə bilərlər, lakin heç biri “Adi və Rudi Dassler” qardaşları qədər dünyanı dəyişdirməmişdir.
Hadisə Almaniyanın Herzogenaurach şəhərində 2-ci dünya müharibəsindən öncəki illərdə baş verib. Adolf Dassler və Rudolf Dassler qardaşları ayaqqabı istehsal edib satmaq üçün özlərinə bir ayaqqabı sexi açmışdılar və adını da “Gebrüder Dassler Ohg” qoymuşdular. Adolf və Rudolf qardaşlarının bu ayaqqabı şirkəti idmançılar üçün keyfiyyətli idman ayaqqabı modelləri istehsal edirdi.
Qardaşlardan Adi ayaqqabıların dizaynını edir və istehsal edirdi. Adi ilə müqayisədə ünsiyyətcil xarakterə sahib olan Rudi isə məhsulların satışını həyata keçirirdi.
Bir gün Adi və Rudi şirkətin böyüməsi üçün tarixi bir həmlə etdilər. İki qardaş 1936-cı ildə Berlində keçirilən yay olimpiadasında ABŞ-dan olan qaradərili atlet Jesse Owens-ə şirkətin ayaqqabılarını geyinməsinə razı saldılar. Jesse Owens olimpiadada yüksək performans göstərdi və Dassler qardaşlarının ayaqqabıları ilə 4 qızıl medal qazandı. Bu uğur nəticəsində qardaşlar məşhurlaşmağa başladılar.
Şirkətin sürətlə böyüməsi iki qardaş üçün düşünüldüyü qədər yaxşı nəticələnmədi. Bu böyümə iki qardaş arasındakı qısqanclığı və gərginliyi artırdı. Qəribə bir şəkildə Adi və Rudinin arasındakı anlaşmazlıq həyat yoldaşlarına da yansıdı. Həyat yoldaşları da bənzər şəkildə bir-birləri ilə yola getməməyə başladılar. Adolf Hitlerin yüksəlişi ilə iki qardaş Nazi partiyasına qoşuldular və hətta, Adi ordu üçün çəkmələrin istehsalını etmişdi.
İki qardaş arasındakı gərginlik gün keçdikcə artırdı. Dolu stəkanı dağıdan son damla isə belə oldu: Müttəfiqlər 2-ci dünya müharibəsi zamanı Herzogenaurach-ı bombalayarkən Adi həyat yoldaşı ilə birlikdə bombalardan qaçmaq üçün sığınacağa gəldiklərində həmin yerə daha öncədən gələn Rudi və həyat yoldaşının yanında müttəfiqləri görərək onları təhqir etdi. Rudi isə bu təhqirin ona deyildiyini düşündü.
Adi Dassler Adidas şirkətini, qardaşı Rudi Dassler isə Puma şirkətini təsis etdi.
Qardaşların açdığı zavodlar Herzogenaurach şəhərində müharibədən sonra yeni iş yerlərinin açılmasına və insanların həyat şəraitlərinin yüksəlməsinə çox köməkliyi oldu, lakin iki qardaşın mübarizəsi şəhər əhalisinə də sirayət etdi. Şəhər Adidas və Puma tərəfdarları olaraq iki qrupa bölündü.
Vaxt keçdikcə bu uçurum daha da böyüdü. Adidas işçilərinin Adidas geyən övladları Puma işçilərinin Puma geyinən uşaqlarla oynamamağa, böyüklər bir-birlərini görəndə salam verməməyə başladılar. Hətta, Adidas-dan bir insanın Puma-dan biri ilə evlənməsi belə qadağan edilmişdi.
Rudi 1974-də, Adi isə 1978-ci ildə vəfat etdi. Ancaq, iki qardaşın ölümündən sonra da düşmənçilik davam edirdi.
2009-cu ildə iki şirkətin CEO-su 21 sentyabr Dünya Sülh Günündə Adidas və Puma işçiləri arasında dostluq futbol oyunu təşkil etdilər. Bu futbol oyunu ilə 61 illik düşmənçiliyə son verildi.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət