Slimfit
  1. AZƏRBAYCAN

İki nazirlik artezian sularının keyfiyyətini yoxlayacaq

İki nazirlik artezian sularının keyfiyyətini yoxlayacaq
Sakura

İki nazirlik artezian sularının keyfiyyətini yoxlayacaq

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə Bakı və Abşeron yarımadasında əhalinin istifadə etdiyi yeraltı artezian sularının pulsuz səyyar ekspress analizlərinin aparılması proqramına start verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun “Report”a verdiyi məlumata görə, kampaniyanın keçirilməsində məqsəd artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindın düzgün istifadə qaydalarının təbliğindən ibarətdir.

O qeyd edib ki, pulsuz analizlərin aparılmasına dekabrın 10-dan etibarən ilk olaraq Sabunçu rayonunun Maştağa qəsəbəsində başlanılacaq və 10 gün ərzində hər iki Nazirliyin mütəxəssisləri tərəfindən artezian sularının keyfiyyəti təhlil olunacaq.

F.Mütəllimov bildirib ki, keçirilən kampaniya çərçivəsində yerli sakinlərlə maarifləndirici söhbətlər aparılacaq, tövsiyələr veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR