Dərc edildi: Baxış sayı: 459
İki minə yaxın yaponiyalı tayfuna görə aeroportda gecələdi
Yaponiyada azı 1,7 min nəfər gecəni Osaka şəhərinin hava limanında keçirməyə məcbur olub. “Krosa” tayfununa görə bir çox reys təxirə salınıb.
“msn.com” xəbər verir ki, hava limanının administrasiyası sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb.
Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.
Cümə axşamı Yaponiyada ümumilikdə 250-yə yaxın reys təxirə salınıb. Tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.
Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət