Dərc edildi: Baxış sayı: 440
İki hərbi qulluqçumuz ildırım vurması nəticəsində vəfat edib
Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət