Slimfit
  1. SİYASƏT

İki güc mərkəzi Bakıda: Dünyanı narahat edən məsələ...

İki güc mərkəzi Bakıda: Dünyanı narahat edən məsələ...
Sakura

İki güc mərkəzi Bakıda: Dünyanı narahat edən məsələ...

NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun başçılıq etdikləri nümayəndə heyətlərinin Bakıda keçirdikləri görüş Prezident İlham Əliyevə, dövlətimizə olan yüksək etimadın göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşü şərh edərkən deyib. O bildirib ki, dünyanın güc mərkəzlərinin qlobal geosiyasi məsələlərin müzakirəsi üçün ölkəmizin paytaxtını seçmələri Azərbaycana verilən yüksək dəyərdən xəbər verir:

“Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda görüşlər keçirməsi ənənəyə çevrilib. Artıq üçüncü ildir ki, bu ənənə davam edir. Bu görüşlərin Bakıda keçirilməsinin əsas səbəbləri Azərbaycan Prezidentinin beynəlxalq hüququn prinsiplərinin və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir. Həmçinin, ölkəmizin regionda və dünyada gedən proseslərə, münaqişələrin həllinə ayrı-ayrı güclərin deyil, beynəlxalq hüququn norma və prinsiplərindən yanaşması da qlobal güclərin seçiminə öz müsbət təsirini göstərir.

Bu baxımdan hesab edirəm ki, Bakı bütün meyarlarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib”.

Politoloq bildirib ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin bir neçə səbəbi var:

“Bu səbəblərdən ən önəmlisi Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib.

 

Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibətləri var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir. Bu baxımdan görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır”.

E.Mirzəbəylinin sözlərinə görə, sözügedən görüş bütövlükdə dünya üçün mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir, çünki müzakirə olunan mövzular bəşəriyyəti narahat edən məsələlərdir.

Qeyd edək ki, Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Tərəflər Avropanın təhlükəsizliyi, Rusiya-NATO təmas xəttində mümkün insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpası perspektivi, həmçinin böhranlı bölgələrdəki vəziyyəti müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR