Slimfit
  1. CƏMİYYƏT

İki gəncin ölümünə görə hökm oxundu: 60-lıq yolda 120 ilə sürürmüş

İki gəncin ölümünə görə hökm oxundu: 60-lıq yolda 120 ilə sürürmüş
Sakura

İki gəncin ölümünə görə hökm oxundu: 60-lıq yolda 120 ilə sürürmüş

Ötən il dekabrın 9-da Masallıda iki gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş 1999-cu il təvəllüdlü Qorxmaz Hüseynovun məhkəməsi başa çatıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun kənarında 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadovu vuraraq ölümlərinə səbəb olan sürücüyə hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Q.Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, Q.Hüseynov hadisə vaxtı avtomobili maksimal sürət həddi saatda 60 kilometr təyin edilmiş yerdə 120 km/saatla idarə edib. O, qəza anında idarəetməni itirib və maşın yoldan çıxaraq kənarda yerləşən marketlərdən birinin qarşısında dayanmış iki gəncə çırpılıb. Nəticədə İslam Əliyev və İsa Cavadov hadisə yerində ölüblər.

Bildirilib ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olub, onun şeirləri bir neçə dəfə mətbuatda dərc edilib.

Məhkəmənin hökmü ilə Q.Hüseynova 7 il həbs cəzası verilib. Onun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR