Slimfit
  1. CƏMİYYƏT

İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ

İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ
Sakura

İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ

İki fərqli vaksinin dozasını qarışdırmaq olar? - RƏSMİ

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva iki ayrı-ayrı vaksini vurdurmaq olarmı, sualını cavablandırarkən deyib.

O bildirib ki, bəzi ölkələrdə iki fərqli platformalardan olan vaksinlərin vurulması təcrübəsi tətbiq olunur:

“İlkin nəticələr də var. Lakin bu çox az sayda olduğu üçün kütləvi tətbiqdən söhbət getmir. Hələ ki, bu istiqamətdə hər hansı rəsmi məlumatın açıqlanacağı gözlənilmir. Bu gün mövcud, istifadə edilən vaksinlərin hər iki dozasının eyni vaksindən olması mütləqdir. Bu məsələ barədə gələcəkdə düşünmək olar”.

“İki vaksinin qarışdırılması ilə bağlı tibbi cəhətdən kliniki çalışmalar gedir. İlkin məlumatlar da müsbətdir. Hətta belə məlumatlar var ki, fərqli mexanizmlərə təsir edən peyvəndlər olduğu üçün immunitet də yüksək olur. Amma ilin sonuna qədər gözləməliyik ki, daha genişmiqyaslı çalışmaların nəticələri açıqlansın”,- deyə N.Mustafayeva qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR