Slimfit
  1. SİYASƏT

İki diplomat “persona-non-grata” elan olundu – Azərbaycandan Fransaya nota

İki diplomat “persona-non-grata” elan olundu – Azərbaycandan Fransaya nota
Sakura

İki diplomat “persona-non-grata” elan olundu – Azərbaycandan Fransaya nota

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR