Slimfit
  1. TARİX

II Şah Abbas - II Abbasın Şəki ölkəsinin hakiminə göndərdiyi fərman

II Şah Abbas - II Abbasın Şəki ölkəsinin hakiminə göndərdiyi fərman
Sakura

II Şah Abbas - II Abbasın Şəki ölkəsinin hakiminə göndərdiyi fərman

Hakimiyyət allaha məxsusdur [Möhür izi:]

Şahi vilayətin qulu Abbas.

Uğurlu fərman verildi o haqda ki, Şəki ölkəsinin rəiyyətləri və acizləri divana gələrək hökmdarların hökmdarı, behişt məkanlı şah babamın - Allah onun sübutunu daha da parlaq etsin - 1043-cü ilin cümadiul sani ayında verilmiş şərif hökmünü göstərdilər. [Hökmün] məzmunu belədir ki, məzkur rəiyyətlər və acizlər şikayət edib dedilər ki, [onlar] ali divanın müəyyən etdiyi qaydaya uyğun olaraq məlucəhat və digər divan vergilərinin öhdəsindən gəlirlər. Adı yuxarıda qeyd olunan ölkənin hakimləri, müəyyən olunmuş qaydadan artıq pul toplayır və qoyulmuş qaydanı nəzərə almırlar. Buna görə də qərara alındı ki, qeyd olunan ölkənin hakimləri hər hansı məsələ barədə rəiyyətlərə aid ali divandan aldıqları göstərişlərə əməl edərək, ondan bir dinar belə artıq tələb etməsinlər və istəməsinlər. Şahdan xahiş etdilər ki, bu barədə fərman versin. Buna görə qərara aldıq ki, qeyd olunan ölkənin hakimi fərmanın məzmun və dəlillərindən kənara çıxmasın və yayımlasın. Şikayət olunduğu təqdirdə istintaq ediləcəyi barədə fikirləşsin. Divanın müəyyən etdiyi qaydaya uyğun tədbir görsün. Bu barədə göstəriş versin və hər il yeni hökm tələb etməsin.

Yazıldı 1058-ci ilin səfər ayında.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR