Məhəmməd Mirzə - Səfəvi dövlətinin VII- şahı. II Şah Abbas I Şah Səfinin çərkəz mənşəli həyat yoldaşı…
II Şah Abbas şübhəsiz ki, I Şah Abbasdan sonrakı Səfəvi şahları arasında ən bacarıqlı və enerjili şah olmuşdur. Onun bir çox xüsusiyyətləri ilə babası I Şah Abbaslaoxşar olan II Şah Abbas, taxta cəmi 9 yaşı olarkən, atasının ölümündən 4 gün sonra Qızılbaş tayfa başçılarının dəstəyilə çıxmışdır. Taxta çıxdığı avxtdan dövləti onun adından baş vəzir Sarı Tağı xan idarə edirdi. 1645-ci ildə Sarı Tağı xan, nüfuzlu Qızılbaş tayfa başçısı və qorçubaşı Canıbəy xan Şamlı tərəfindən öldürüldü. Az yaşlı olmasına baxmayaraq II Şah Abbas sui-qəsddə əli olan bütün əyanları edam etdirdi.
Eynən I Şah Abbas kimi II Şah Abbas da ədalət məsələsinə xüsusi önəm verirdi. O, sadə əhaliyə qarşı mülayım, məmurlara qarşı isə sərt olmuşdur. Hər hansısa məmur haqqında şikayət olduğu zaman problem araşdırılır, məmur günahkar olduğu halda dərhal cəzalandırılırdı.
О, Səfəvi dövlətində 25 il hаkimiyyәtdә оlub.
I Şah Abbasdan sonra taxta keçən nəvəsi I Şah Səfi (1629-42) dönəmində Səfəvi İmperiyasında növbəti böhran yarandı və sürətlə dərinləşdi. Bunun əsas səbəbi I Şah Səfinin mənfi şəxsi keyfiyyətləri və dövlət işlərini başlı-başına buraxması idi. Nəticədə I Şah Abbasın vaxtında qazanılmış hərbi-siyasi-iqtisadi uğurlar ard-arda itirildi. Səfəvi İmperiyasının qərbindəki ərazilər yenidən Osmanlı dövlətinin işğalına məruz qaldı və hətta Bağdad da təkrar osmanlıların nəzarətinə keçdi. Eyni zamanda, əvvəl imperiyanın ucqarlarında qalxan üsyanlar tədricən dövlətin mərkəzi ərazilərinə də yayılmağa başladı və ölkədə xaotik vəziyyət yarandı. İqtisadiyyatın dağılması üzündən xəzinənin boşalması, korrupsiyanın güclənməsi və dövlət məmurlarının yararsızlığı baş qaldıran problemlərin həllinə imkan vermirdi. Böhranın son həddə çatdığı bir vaxtda I Şah Səfi keçirdiyi qeyri-sağlam həyat tərzinin nəticəsi olaraq, 1642-də ildə dünyasını dəyişdi və onu Səfəvi taxtında oğlu II Şah Abbas əvəzlədi.
II Şah Abbas 31 dekabr 1632-ci ildə İsfahanda doğulmuşdu.
10 yaşında taxta çıxan bu Səfəvi hökmdarının hakimiyyəti illəri Azərbaycan tarixinin ən dinc dövrlərindən biri kimi yadda qalıb. Ağıllı və ehtiyatlı siyasi xətti ilə fərqlənən II Abbasın (1633-1666) hakimiyyəti dövründə Səfəvilərin qonşuları ilə cəmi iki münaqişəsi qeydə alınıb. Bunlardan biri hərbi əməliyyatların başlanması ilə nəticələnsə də, digərini sülh yolu ilə həll etmək mümkün olmuşdu. Belə ki, Qəndəharın Hindistan Moğol imperiyasının tərkibinə daxil olması ilə barışmayan II Abbasın təşkil etdiyi hərbi səfər nəticəsində 1648-ci ildə bu şəhər geri alındı. Diplomatik müstəvidə baş verən digər qalmaqal isə öz mahiyyəti etibarilə Səfəvilər üçün yeni hesab edilə bilərdi. Səfəvilərin 150 illik tarixi ərzində bu dövlətin Rusiya ilə ilk açıq qarşıdurması məhz II Şah Abbasın hakimiyyəti dövrünə təsadüf etdi. Separatçı gürcü knyazı Teymurazın Səfəvi ordusu tərəfindən məğlub edilməsindən sonra Rusiyaya sığınması iki ölkə arasındakı münasibətləri əhəmiyyətli dərəcədə gərginləşdirdi. Rusiyanın hərəkətlərinə cavab olaraq Səfəvi qoşunları Dərbənd yaxınlığında sərhəd zonası hesab edilən bəndləri yerlə-yeksan edərək, sərhədi birtərəfli qaydada pozdu. Ardınca həmin qoşunlar Terek çayı sahilindəki bəndlərin bir qismini uçurmağa başlasalar da, sonradan qalmaqalın sakitləşməsi II Şah Abbası niyyətindən daşındırdı. Əsas diplomatik səylərini Osmanlı imperiyası ilə münasibətlərin yoluna qoyulması üçün sərf edən II Şah Abbasın fəaliyyəti nəticəsində 1639-cu ildə tərəflər arasında Qəsri-Şirin müqaviləsi imzalanır və uzunmüddətli sabitlik bərqərar edilir. II Şah Abbasın hakimiyyəti dövründə ölkədə surətli vüsət alan quruculuq işləri diqqəti xüsusilə cəlb etməkdədir. Lakin hər bir hökmdar kimi, II Şah Abbasın da dövründə ölkənin maraqlarına zərbə vuran bəzi hadisələr baş vermişdi. Onların arasında ən nəzərə çarpanı isə Səfəvi dövlətinin ərazisində katolik missionerlərinin geniş kök salması oldu. İlk vaxtlar xeyriyyəçilik pərdəsi altında fəaliyyət göstərən katolik keşişləri sonradan bütün imperiya ərazisində çoxsaylı casuslara malik böyük kəşfiyyat şəbəkəsinə çevrilmişdilər. II Abbasın dövründə ölkəmizin və xalqımızın mənafeyi üçün ciddi təhlükələr yaratmaq iqtidarında olmayan katolik şəbəkəsi sonralar dövlətçiliyimizə qarşı həyata keçirilmiş təxribatların əsas iştirakçılarından birinə çevrildi.
Hakimiyyətə gəlişi
1642-ci ilin 15 may tarixində Məhəmməd Mirzə Kaşan şəhərində Səfəvi imperiyasının yeni şahı elan edildi. Onun əsl adı Məhəmməd Mirzə olsa da, şahlıq taxtına II Şah Abbas adı ilə oturdu. Bu zaman onun cəmi 10 yaşı var idi və dövləti anası Anna Xanım, baş vəzir Sarı Tağı xan ilə birgə idarə edirdi. II Şah Abbas isə bu dövrlərdə Qəzvində təhsil alırdı.
Daxili siyasət
Fransız səyahətçi Jan Şarden Anna Xanımla Sarı Tağı xanın birgə hakimiyyətlərini bu sözlərlə ifadə edir:
Səfəvi şahlarının yazşı az olandan onların üzərində analarının nüfuzu çox güclü olur. II Şah Abbasın anası əsas və həlledici nüfuza sahib idi. O (Anna Xanım), baş nazir ilə yaxın əlaqədə idi və onlar bir-birlərinə kömək edirdilər. Sarı Tağı xan kraliçanın agenti və ən güvəndiyi adam idi. O, onun üçün məlumatlar toplayırdı. Kraliça dövləti imperiyanı öz naziri vasitəsilə idarə edirdi. |
II Şah Abbasın hakimiyyətə gəlişindən bir il keçikdən sonra o, paytaxt İsfahana doğru irəliləməyə başladı. Bu zaman Səfəvi ordusunun güclü generallarından olan gürcü əsilli Azərbaycan bəylərbəyi Rüstəm xan üsyan qaldırdı. Lakin Sarı Tağı xanın təşkil etdiyi sui-qəsd nəticəsində Məşhəd şəhərində öldürüldü.
1644-cü ildə bəzi Bəxtiyari tayfaları üsyan qaldırdılar. Lakin Sarı Tağı xanın müdaxiləsi ilə üsyan yatırıldı. Sarı Tağı xan korrupsiyaya qarşı mübarizə aparırdı. Buna görə də vəzifəli şəxslər arasında ona qarşı düşmənçilik yaranmışdı. Bunun nəticəsində Sarə Tağı xan 1645-ci ilin 11 oktyabrında ordu mənsublarınnı təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü. 14 oktyabr 1645-ci ildə Xəlifə Sultan, şah tərəfindən baş vəzir təyin edildi. Xəlifə Sultan ilk öncə bu təklifi rədd etsə də, qısa müddət sonra qəbul etdi. Xəlifə Sultanın baş vəzir təyin edilməsində məqsəd, hakimiyyətdə təmsil edilməkdən məhrum edildiyini düşünən din adamlarını razı salmaq idi.
Xarici siyasət
Atasından fərqli olaraq II Şah Abbas fəal xarici siyasət aparmışdır. Onun xarici siyasətinin əsas istiqamətləri Rusiya, Böyük Moğol imperiyası, Osmanlı imperiyası və Avropa ölkələri idi. Daha çox sahib olduğu torpaqlarda möhkəmlənməyə üstünlük verən II Şah Abbas lazım gəldikdə atasının zamanı işğal edilmiş torpaqları yenidən ələ keçirmək üçün yürüşlər təşkil etmişdir.
Böyük Moğol imperiyası ilə münasibətlər
15 yaşına çatdıqdan sonra II Şah Abbas tədricən dövlətin idarə edilməsini öz əlinə aldı. Atasının zamanı əllərindən çıxmış torpaqları yenidən tabe etmək üçün yürüşə hazırlıqlara başlandı. Lakin bundan əvvəl ilk öncə hərbi və hökumət dairələrində islahatlar edildi.
1648-ci ilin yayında Qəndəharın Böyük Moğol imperiyasından geri alınması üçün yürüşə başlanıldı. İsfahandan 40minlik qoşunla ayrılan şah ilk öncə Ləşgərgahı tutdu və Qəndəharı mühasirəyə aldı. 22 fevral 1949-cu ildə Qəndəhar yenidən Səfəvi hakimiyyətinə girdi. Qəndəhara gürcü əsilli qulam Mihrab xan hakim təyin edildi. 1651-ci ildə Moğollar şəhəri tutmaq üçün cəhd etsələr də, buna nail ola bilmədilər.
Böyük Moğolların hökmdarı Şah Cahan Övrəngzebi 50 minlik qoşunla Qəndəharı ələ keçirməyə göndərdi. Övrəngzeb şəhərin xaricində II Şah Abbası məğlub etsə də, şəhərə daxil ola bilmədi. Onun topçu birlikləri tapşırıqları layiqincə yerinə yetirə bilmirdi. Övrəngzeb 1652-ci ildə şəhərə yenidən hücum etdi və mühasirəyə aldı. Bu zaman II Şah Abbas Buxaranın özbək hökmdarı ilə ittifaq bağlamışdı. Buna görə də 10 minlik özbək qoşunu moğol ordusunun maddi təminat yollarına mane olmaq üçün Kabil-Qəndəhar yolu üzərində döyüşməyə başladı. Bir hücumda Qəndəhardakı moğol ordusu üçün 1,5 milyon gümüş sikkə aparan 2 minlik moğol ordusu məğlub edilmişdi. Özbək qoşunu mühasirəni yarmaq üçün kifayət etməsə də, moğol ordusu üçün xeyli çətinliklər yarada bilmişdi. 1653-cü ildə moğollar şəhəri ələ keçirmək üçün sonuncu dəfə cəhd etdilər, lakin bu dəfə də uğursuz oldular. Beləliklə də, Qəndəhar 1736-cı ilə qədər, yəni Səfəvilərin süqutuna qədər Səfəvi hakimiyyətində qaldı.
Rur çarlığı ilə münasibətlər[redaktə | əsas redaktə]
1651-ci ildə Şimali Qafqazda rus çarlığı ilə toqquşma baş verdi. Bu hadisələr tarixdə Səfəvi-Rusiya müharibəsi (1651-1653) kimi düşmüşdür. Beləki rus qoşunlarının Sulak çayı (o dövrki Göy Su) boyunca ekspansiyaya başlaması, bu ərazilərdə, xüsusən də Terek çayının Səfəvi dövlətinə aid olan sahilində qala tikməsi Səfəvi dövlətinin hiddətinə səbəb oldu. Bölgəyə Səfəvi qoşunları göndərildi və tikilən qala dağıdıldı, buradakı rus qarnizonu qovuldu. Bu toqquşmayla paralel daha şərq bölgələrdə də toqquşmalar baş verdi. Rus qoşunları bölgədən geri çəkilməyə məcbur oldular.
Bu toqquşmaları həll etmək üçün Rusiya Şahzadə İvan Lobanov-Rostovski və İvan Kominin rəhbərliyi ilə nümayəndə heyəti göndərdi. II Şah Abbas rusların Şimali Qafqazın uzaq şərq hissələrində yerləşməsinə razı oldu. Rusiya, Səfəvi sərhədinə yaxın ərazilərdə tikdiyi bütün qalalardan əl çəkməyə razı oldu. Bu müqavilə nəticəsində Şimali Qafqazda Səfəvilərin nüfuzu xeyli artdı.
Gürcüstan ilə münasibətlər
1654-cü ildə gürcü şahzadəsi V Vaxtanq Gürcüstanın hakimi təyin edildi.
1659-cu ildə Kaxeti krallığında Səfəvi hakimiyyətinə qarşı üsyan başladı. Bu üsyan tarixdə Baxtrioni üsyanı olaraq bilinir. Üsyanın əsas səbəbi regionda Qızılbaş tayfalarının kütləvi şəkildə yerləşdirilməsinə etiraz idi. Bu siyasət bir necə səbəb görə II Şah Abbas tərəfindən həyata keçirilirdi. Əsas səbəblərdən biri bu regionun əhalisinin xeyli az olması idi. Çünki I Şah Abbas zamanı burada olan üsyan yatırıldıqdan sonra, yerli əhalinin 130,000 - 200,000 nəfəri Səfəvi imperiyasının daxili vilayətlərinə sürgün edilmiş, digər bir qismi isə üsyan etdiyinə görə öldürülmüşdü. Səbəblərdən digəri isə Səfəvilərin bura türkmən tayfalarını köçürərək özlərinə siyasi dayaq yaratmaq istəkləri idi. Bu regionun Dağıstana yaxınlığı da onu Səfəvilər üçün strateji baxımdan daha da dəyərli edən faktlardan biri idi. Çünki buradan daimi olaraq ləzgilər və digər dağlı tayfaları Səfəvi torpaqlarına mütəmadı olaraq talançı yürüşlər edirdilər. Şimali Qafqazda Rusiyanın aktivliyinin artması Gürcüstanın Səfəvilər üçün olan əhəmiyyətini daha da artıran faktorlardan biri idi.
Bidzina Colaqaşvili, Şalva, Ksanili Eristavi və onun qardaşı Elizbar Eristvişvilinin rəhbərliyi altında üsyan başladı. Üsyana dəstək verənlərin əksəriyyəti vaxtilə I Teymurazı dəstəkləmiş feodal ailələri idi. Gürcüstanın dağlıq yerlərində yaşayan Tuşlar, Xevsurianlar, Pşavilər də Zezva Qaprindaulinin, Nadir Xosharaulinin və Qoqolaurinin rəhbərliyi altında üsyana qoşuldular.
Gürcü qüvvələri türkmənlərin nəzarətində olan Baxtrioni (üsyan da tarixə bu adla düşüb) və Alaverdi qalalarına hücum etdilər və türkmən qarnizonlarını məğlub edə bildilər. Lakin sonra Kaxetidə məğlub oldular. II Şah Abbasın əmrində olan ordu üsyançıları tamamilə darmadağın etdi.
Eristavi Zaal şahın əmrində olan yaxın qohumu tərəfindən öldürüldü, övladları Səfəvi sarayına göndərildi. Bidzina Colaqaşvili, Ksanili Şalva və Elizbar Eristvişvili şahdan bağışlanmalarını xahiş etdilər. Lakin II Şah Abbas bu təklifi rədd etdi və onları qan düşmənçiliyi olan tayfalara təslim etdi. Onlar işğəncə ilə öldürüldülər.
Gürcü pravoslav kilsəsi sonradan bu şəxsləri müqəddəs elan etmişdir.
Şah Kaxetiyanın da idarəsini üsyanı yatıran Şəhnəvaz xana həvalə etdi.Bundan ruhlanan Şahnəvaz xan özbaşınalıq edərək 1639-cu ildə Səfəvilərlə Osmanlı arasında imzalanmış Qəsri – Şirin müqaviləsinə əsasən Osmanlının təsir dairəsinə daxil olan Meqreliyaya öz oğlu Arçili hakim qoydu. Şahnəvaz xanın bu addımını Osmanlının daxili işlərinə qarışmaq kimi dəyərləndirən sultan, Səfəvi şahından öz canişişinini belə hərəkətlərdən çəkindirməyi tələb etdi. Arçil dərhal Meqreliyadan geri çağrıldı. Bu zaman Teymurazın Rusiyadan qayıdan nəvəsi İrakli Qaxeti ələ keçirməyə təşəbbüs göstərsə də, Şahnəvaz xan tərəfindən geri oturduldu. Darmadağın olunmuş İrakli Torqa qalasında gizləndi.
İraklinin anasının aman istəyəni nəzərə alan Şahnəvaz xan 1664-cü ildə Torqa qalasını tutsa da İrakliyə toxunmadı. Şah II Abbas, Şahnəvaz xanın oğlu Arçili müsəlman edərək, Qivi adlı gürcünü də ona qoşub Kaxetiyaya vali təyin etdi. İslamı qəbul etmiş Arçilə Şahnəzər adı verildi. Lakin İraklinin yenidən Kaxetiyanı ələ keçirmək niyyətini eşidən Şahnəvaz xan oğlunun köməyinə gələrək,İraklin Tuşetə qovdu. Atskveri qalasında qalan vali qızılbaş ordusunun əsas hissəsini Tiflisə geri göndərdi. Qızılbaş ordusunun Tiflisə getmə xəbərini duyan Kaxetiya gürcüləri İrakliyə Şahnəvaz xana qarşı gecə hücumu etməyi məsləhət görərək, kömək edəcəklərini bildirdilər. Şahnəvazın yanında olan Qivi və Sisişvilinin dəstələri valini qoyub qaçsalar da, Baydar sultanı İraklinin gecə hücumunun qarşısının alınmasında mühüm rol oynadılar. Bu döyüşdə Təhmas Türküstanaşvili xüsusi igidlik göstərərək, Şahnəvazı gerçək ölümdən qurtardı. İrakli tərəfdarları qaçdılar. Qaçanları təqib edən Şahnəvaz xan onların kəsilmiş başlarından qüllə düzəltdirdi. Bu hadisədən sonra Şahnəzər xan Qaxetdə daha da möhkəmləndi. İrakli yenidən Rusiyaya qayıtdı. Kaxetiya tavadlarının rəğbətini qazanmaq istəyən Şahnəzər xan İraklinin bacısı Katevanla evləndi.
Osmanlı imperiyası ilə münasibətlər
II Şah Abbasın xarici siyasətdə ən çox diqqət yetirdiyi sahələrdən biri də Osmanlı imperiyası ilə münasibətlər idi. II Şah Abbas Osmanlı ilə müharibə təhlükəsindən maksimum yayınmaq istəyirdi. Ardı-arası kəsilməyən müharibələrin dövlətə heş bir xeyrinin olmadığını başa düşən II Şah Abbas Bəsrə valisinin Bəsrəni Səfəvilərə birləşdirmək təklifini Osmanlı ilə müharibə təhlükəsinə görə rədd etmişdi. Həmçinin, Şahnəvaz xanın 1639-cu ildə müəyyən edilən sərhəd xəttlərini pozması faktına dərhal müdaxilə etmiş və problemi həll etmişdi.
Məktubları
Şeirləri
Fərmanları
Ölümü
II Şah Abbasın hakimiyyəti Osmanlı imperiyası ilə müharibələr olmadan, sabitlik dövrü olaraq xarakterizə olunur. II Şah Abbas da babası I Şah Abbas kimi xeyli memarlıq abidələrinin tikilməsinə xüsusi önəm vermişdir. Onun tikdirdiyi ən məşhur memarlıq abidəsi 1647-ci ildə tamamlanan Çəhəl Sütun sarayıdır.
II Şah Abbas, 1666-cı ilin 25-26 oktyabrında Damğan yaxınlığındakı Xosrovabad adlı yerdə vəfat etmişdir. O, Qum şəhərində atasının yanında dəfn edilmişdir. Onun yerinə oğlu I Süleyman keçmişdir. I Süleymandan əlavə II Şah Abbasın Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı adlı oğlanları və iki qızı olmuşdur.[13]
Evlilikləri
- Nəqihət Xanım (çərkəz)
- Nur un-Nisə Xanım (gürcü)
- Şahzadə Anouka (gürcü)
Şəxsiyyəti
Avropalı səyahətçilərin xatirələrində II Şah Abbasın hakimiyyəti altında olan Səfəvilər dövlətində qonaqpərvərlik və məhkəmə sisteminin ədalətli olması xüsusi olaraq qeyd edilir. Yerli salnaməçilər onu daha çox çülayəm və müsbət xarakter kimi təsvir edirlər. Holland Şərqi Hindistan Şirkətinin səfiri Xuan Kuneaus 1652-ci ilin mart ayında II Şah Abbas tərəfindən qəbul edilmişdir. O bu barədə xatirələrində qeyd edir ki, ziyarətçilərə şah qədəhindən şərab içməyə icazə verilmişdir. O, şahı ortaboylu, bir qədər cılız, çevik və saqqalsız olaraq təsvir edir.
L.Lokhart qeyd edir:
Təbiətən qəddar şəxs olan II Abbas umumilikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsə də, hakimiyyət buxovlarını əlindən buraxmırdı. O şahın güclü xalqlar tarixləri ilə, cəsur savaşcılar döyüşləri ilə, mərd hakimlər isə əməlləri ilə yadda qalacaq ifadəsini xüsusi ilə xatirəsində vurğulayaraq qeyd edirdi. |
A.Bakıxanov da "ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin" II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir.
C.Malkolm II Abbas barəsində yazır :
Şəraba aludəçilik bu şahzadəni tez-tez ekstaz vəziyyətlərə salır onun hakimiyyətinə xələl gətirirdi. Məhz belə anlarda o çox dəymədüşər, əsəbi və ədalətsiz olur. Bu növ ekstazlar əsasən sarayın daxilində baş verdiyindən ölkə əhalisi onu Azərbaycanda bütün dövrlərdə hakimiyyətdə olmuş padişahların ən görkəmlisi və ədalətlisi kimi tanıyırdı. II Abbas dövlət məmurlarına qarşı sərt, camaata qarşı isə mülayim və səbrli idi, öz təbəələrinin həyat və tərəqqisini lazımınca təmin edirdi. Abbas adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə tolerantlıq nümayiş etdirirdi. Ancaq xristianlara qarşı xüsusi, müsbət mənada fərqli münasibət bəsləyirdi |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət