Dərc edildi: Baxış sayı: 578
II İlya yenə Bakıya qarşı: Tarixi saxtalaşdırma başladı
Gürcüstan patriarxı II İlya, Baş nazir Georgi Qaxariya, Xarici İşlər naziri David Zalkaliani və Daxili İşlər naziri Vaxtanq Qomelauriyə Çiçxituri və Udabno monastırlarıyla bağlı (Keşikçidağ kompleksi) müraciət edib.
Axar.az xəbər verir ki, bu müraciət patriarxlığın saytında yer alıb. Müraciətdə guya Azərbaycan və Gürcüstan arasında sərhədin 1936-1938-ci ilin xəritələrinə əsasən müəyyən edildiyi və bu xəritətlərdə hər iki monastırın Gürcüstanın tərkibində olduğu bildirilib:
“Bizə Azərbaycan tərəfinin fəaliyyətləri aydın deyil. Azərbaycan 2019-cu ildən bizi Udabno və Çiçxituri monastırlarından faktiki olaraq məhrum edib, buraya zəvvar və turistlərin ziyarətlərini tam məhdudlaşdırıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət