Dərc edildi: Baxış sayı: 421
II Avropa Oyunlarının açılış və bağlanış mərasimi məşhur bəstəkar-müğənninin şirkətinə həvalə olunub
“Minsk 2019” II Avropa Oyunlarının açılış və bağlanış mərasiminin təşkilatçılığı Rusiyanın xalq artisti İqor Krutoyun şirkətlər qrupuna daxil olan “Art Siti 5”ə həvalə olunub.
“Report” xəbər verir ki, bununla bağlı müvafiq sənəd Belarus Dövlət Flarmoniyasının baş direktoru Aleksandr Qarbar və məşhur bəstəkar-müğənni arasında imzalanıb.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti Oyunlar 2019-cu il iyunun 21-30-da Minskdə təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət