Slimfit
  1. MƏDƏNİYYƏT

İfaçımız "Şərq təranələri"nin birincisi oldu

İfaçımız "Şərq təranələri"nin birincisi oldu
Sakura

İfaçımız "Şərq təranələri"nin birincisi oldu

Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Kult.az xəbər verir ki, bu nüfuzlu musiqi bayramında dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak edib.

UNESKO-nun Baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə uğurlar arzulayıb. O deyib ki, mədəniyyətlər bir-birindən ayrı inkişaf edə bilməz. Musiqi festivalı da bu fikri təsdiqləyir.

Festivalın baş mükafatı - Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

Azərbaycandan gələn gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının “Komuzçular” dueti birinci mükafata layiq görülüb. Pərviz Qasımovu Azərbaycanın Əməkdar artisti Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib.

Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Festivalın münsiflər heyətinin üzvləri arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub.

Xatırladırıq ki, musiqi bayramının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər, habelə beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Festivalın açılışında, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da olub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR