Dərc edildi: Baxış sayı: 1109
IFA 2017: rekord həcmli microSD kart təqdim olundu
Cəmi 10 il əvvəl microSD kartın maksimum yaddaş həcmi 8Qb idi. İndi yeni Sandisk kartının hesabına mobil cihazın yaddaşını 400Qb artırmaq mümkündür.
Berlində keçirilən IFA sərgisində Western Digital şirkəti Sandisk brendi altında 400Qb həcmli microSD kart təqdim etdi. O təkcə rekord həcmi ilə deyil, həmçinin proqramların daha sürətli yüklənməsinə imkan verən A1 sürət sinfinə malikdir.
İstehsalçı 100Mb/s-ə qədər məlumat ötürülməsi sürətini (şirkətin qeyd etdiyi kimi dəqiqətə 1200 şəkil) vəd edir. Belə kartın təxmini qiyməti 250 dollar təşkil edəcək.
Müəllif: Famil Ələkbərov
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət