Dərc edildi: Baxış sayı: 437
İƏT sabah toplanır
Sabah İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, Türkiyənin təşəbbüsü ilə keçiriləcək iclas videokonfrans formatında təşkil olunacaq:
“İclasda yeni tip koronavirusla mübarizə çərçivəsində İƏT ölkələrinin əməkdaşlığı müzakirə ediləcək. Eyni zamanda, ölkələrarası koordinasiyanı gücləndirməklə bu çərçivədə atıla biləcək ümumi addımların həlli barədə fikir mübadiləsi aparılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət