İdxal olunan avtomobillərin sayı açıqlandı
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 526 ədəd, yaxud 88,67 faiz çoxdur.
Son bir ildə sürücü daxil olmaqla, 10 və ya daha çox sərnişindaşıma üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd olub.
Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13 145 ədəd və ya 1,89 dəfə artaraq 27 825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1090 ədəd və ya 1,7 dəfə artaraq 2 597 ədəd, xüsusitəyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət