Slimfit
  1. MARAQLI

​​​​​​​İdmandan sonra bunu etməyin

​​​​​​​İdmandan sonra bunu etməyin
Sakura

İntensiv və güclü fiziki məşqlərdən sonra qazlı içkilər içmək böyrəklərə ziyandır

İntensiv və güclü fiziki məşqlərdən sonra qazlı içkilər içmək böyrəklərə ziyandır.

E- tibb.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Buffalo Universitetinin alimləri apardıqları araşdırmadan sonra belə bir gözlənilməz nəticəyə gəliblər.

Məşqdən sonra qazlı su içmək çoxlarına xoş təsir bağışlayır. Ancaq alimlərin fikrincə, bu, heç də yaxşı fikir deyil. Çünki məşq sonrası içilən qazlı içkilər kəskin böyrək çatışmazlığı ehtimalını əhəmiyyətli dərəcədə artırır. Məsələ ondadır ki, məşq prosesində böyrəklərə qan axını zəifləyir - bu, orqanizmin isinməyə qarşı normal reaksiyasıdır və zərəri yoxdur.

Tədqiqatçılar isə qeyd edirlər ki, qazlı içkilər qan axınında baş verən kəskin azalma və  toxumalara oksigen təminatının yavaşlaması səbəbi ilə böyrəklərə ziyan verə bilər. Bundan əlavə, şəkərli içkilər fiziki aktivlikdən sonra orqanizmin onsuz da artmış olan dehidrasiyasını (susuzlaşmasını) bir az da artırır.

Elm adamları tərəfindən aparılan araşdırma zamanı iştirakçılar 35°C temperaturda kənd təsərrüfatı işlərinə bənzər fəaliyyətlər həyata keçiriblər. Fasilələr zamanı iştirakçılara su və qazlı içkilər verilib. Qazlı içkilər içən iştirakçıların 75%-də qlomerulyar filtrasiya sürətinin (GFR) daha zəif olduğu aydınlaşıb. Bu isə böyrəklərin zədələnməsinin əlamətidir.

Alimlər intensiv fiziki məşqlərdən sonra yalnız adi su içməyin orqanizmin maye balansını bərpa etdiyini vurğulayır. Odur ki, idmanla məşğul olduqdan sonra yalnız və yalnız su için!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR