Slimfit
  1. İDMAN

İdmançımız dünya çempionatının finalına yüksəlib

İdmançımız dünya çempionatının finalına yüksəlib
Sakura

İdmançımız dünya çempionatının finalına yüksəlib

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, dünya çempionatının dördüncü günündə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz Milad Beigi Hərçəqani kubalı, fransalı və moldovalı idmançıları məğlub edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Koreya təmsilçisi olub. Taekvondoçumuz yarımfinalda Koreya idmançısına da qalib gələrək finala adlayıb və yığmamız üçün ən azı gümüş medalı təmin edib.

Mayın 15-də start verilən çempionata bu gün yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR