Slimfit
  1. İDMAN

İdmançılarımız Danimarkada qalib oldu

İdmançılarımız Danimarkada qalib oldu
Sakura

İdmançılarımız Danimarkada qalib oldu

Azərbaycanlı triatlonçular Firdovsi Kərimov və Yəhya Bayramov Danimarkanın paytaxtı Kopenhagendə keçirilən turnirdə qələbə qazanaraq “İronmen” tituluna sahib olublar.

Axar.az xəbər verir ki, idmançılarımız 11 saat 53 dəq (Firdovsi Kərimov) və 13 saat 26 dəq (Yəhya Bayramov) müddət ərzində müsbət 16 dərəcə temperaturlu suda 3.8 km üzüb, velosipedlə 180 km yol qət edib və 42.2 km qaçıblar.

Nəticədə azərbaycanlı idmançılar Danimarkada bayrağımızı qaldırıblar.

Qeyd edək ki, triatlon “İronmen” dünyanın ən çətin idman növlərindən biridir. Bu yarış Dünya Triatlon Korporasiyasının keçirdiyi uzunməsafəli seriyasıdır. Hər bir ayrı seriya 3 mərhələdən – 3.8 km üzmək, velosipedlə 112 km yol qət etmək və 42.2 km marafon yürüşü keçirməkdən ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR