Slimfit
  1. CƏMİYYƏT

İdman zallarından istifadə qaydaları açıqlandı

İdman zallarından istifadə qaydaları açıqlandı
Sakura

İdman zallarından istifadə qaydaları açıqlandı

Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.

Ens.az xəbər verirki,Nazirlikdən "Report"a verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.

İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.

Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR