Slimfit
  1. İDMAN

İdman zalları niyə açılmır? - Maska ilə məşq vaxtı ölənlər var...

İdman zalları niyə açılmır? - Maska ilə məşq vaxtı ölənlər var...
Sakura

İdman zalları niyə açılmır? - Maska ilə məşq vaxtı ölənlər var...

Karantin rejimi xeyli yumşaldılsa da, hətta ticarət mərkəzləri belə açılsa da, idman zalları uzun müddətdir ki bağlı qalıb. Koronavirusa yoluxanların sayını nəzərə alsaq, yaxın aylarda da zalların açılması gözlənilmir.

Ens.az Milli.Az-a istinadən xəbər verir ki, idman zalları təkcə Azərbaycanda yox, yüzlərlə ölkədə bağlı olaraq qalır. Bunun səbəblərindən biri isə məşq zamanı tibbi maskadan istifadənin ölümlə nəticələnmə ehtimalının olmasıdır.

Tibbi maska ilə məşq etmək ölümlə nəticələnə bilər.

Bunu ekspert, Hertfordşir Universitetinin İdman və sağlamlıq psixologiyası üzrə mühazirəçisi Lindsay Bottoms deyib. O bildirib ki, məşq zamanı tibbi maska taxmağın qəbul edilən oksigen miqdarına təsir etməsi səbəbindən bu, faciə ilə nəticələnə bilər.

"Biz ağır məşqlər edən zaman əzələlərimiz laktik turşu ifraz edir və bu da yanma hissi verərək tənəffüs orqanları vasitəsi ilə karbon dioksid şəklində bədəndən xaric olunur. Amma maska taxan zaman bu hava maskada qalır", - o bildirib.

 

Qeyd edək ki, Çində iki yeniyetmə tibbi maskayla məşq etdiyinə görə ölüb.

Maskasız məşq etmək isə yoluxma sayının artmasına səbəb ola bilər. Çünki idman zalları xeyli insanın bir alətdən istifadə etdiyi məkanlardandır.

Buna baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 may 2020-ci il tarixli qərarına əsasən, Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə, idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR