Slimfit
  1. İDMAN

“İdman TV” yayımın alınmamasına görə üzr istədi: “Qarabağ” da məsuliyyət daşıyır”

“İdman TV” yayımın alınmamasına görə üzr istədi: “Qarabağ” da məsuliyyət daşıyır”
Sakura

“İdman TV” yayımın alınmamasına görə üzr istədi: “Qarabağ” da məsuliyyət daşıyır”

“İdman TV” UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən “Olimpiya” (Sloveniya) - “Qarabağ” (0:2) matçının yayımında yaranan problemə görə açıqlama yayıb.

“Ens.Az” bildirir ki,telekanaldan bildirilib ki, yayımın baş tutmamasında klub da məsuliyyət daşıyır:

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” - “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman TV” ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. “Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman TV” qədər “Qarabağ” FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir”, - “İdman TV”nin sosial şəbəkə hesabında yazılıb.

Qeyd edək ki, qarşılaşma yalnız 70-ci dəqiqədən sonra göstərilib. Klub məsuliyyətin telekanalın üzərinə düşdüyünü açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR