Slimfit
  1. CƏMİYYƏT

“İdman TV” 15 yaşını qeyd edir

“İdman TV” 15 yaşını qeyd edir
Sakura

“İdman TV” 15 yaşını qeyd edir

Bu gün Azərbaycan teleməkanının ilk idman kanalı olan “İdman TV”nin yaranmasından 15 il ötür.

“İdman TV” 1 yanvar 2009-cu ildə “İdmanın Tək Ünvanı” şüarı ilə fəaliyyətə başlayıb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan və dünya idmanının nəbzini tutan, sağlam həyat tərzini təbliğ edən telekanal ən nüfuzlu daxili və xarici yarışları barədə operativ xəbər buraxılışları ilə yanaşı, gündəlik xəbərlər bloku, gündəm verilişlər, analitik proqramlar, icmallar və filmlər təqdim edib.

Ən bahalı liqalar sırasında zirvədə məskunlaşan İngiltərə Premyer Liqasının yayımı “İdman TV”də təşkil edilir. Telekanalda minifutbol üzrə Avropa çempionatının ardınca 2023-cü il dünya çempionatı yayımlanıb.  Bununla yanaşı, “İdman TV” ölkəmizdə də futbolun təbliğini daim diqqət mərkəzində saxlayır. “Mərkəzi xətt” verilişində Premyer liqa klublarımızın həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə çıxışlarının geniş və ətraflı təhlilinə yer verilir.

“İdman TV”nin kontent bazası təkcə futbola hesablanmayıb. Belə ki, fərdi qaydada maarifləndirməni özündə ehtiva edən “Telefitnes”, idmançıların bilinməyən bacarıqlarını göstərən “Bilinməyən Mən”, “Narkomaniyaya Son”, “Siqaretə Yox” verilişləri də telekanal izləyicilərinin gözünü oxşayır.

Cüdo üzrə dünya və Avropa çempionatları, “Böyük Dəbilqə” və “Formula-1” daxil olmaqla Qran-Pri turnirləri, eləcə də ölkədaxili yarışların yayımı, müxtəlif idman növləri üzrə Azərbaycan çempionatlarının işıqlandırılması da kanalın ümdə vəzifələri sırasında yer alır. Şahmat, tennis, basketbol, gimnastika, velosiped idmanına həsr olunmuş “Şahmat Klubu”, “Kort”, “Basketbol”, “Harmoniya”, “Veloekstrim” proqramlarında həmin idman növlərində baş verən ən son yeniliklər mütəxəssis təhlili ilə təqdim edilir. Taekvondo və boks, gimnastika, avarçəkmə, atçılıq idmanı, kikboks üzrə irimiqyaslı beynəlxalq yarış, turnir və çempionatları izləmək istəyənlərin ünvanı Azərbaycanın əsas idman kanalı - “İdman TV”dir.

Telekanal sosial media hesabları ilə rəqəmsal platformada fəaliyyətini genişləndirib. Belə ki, “İdman TV”nin “YouTube”, “Facebook” və “Instagram”da rəsmi səhifələri aktiv fəaliyyətdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR