Dərc edildi: Baxış sayı: 677
İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb
Fanat.Az xəbər verir ki, bu anlaşmaya amerikalı beysbolçu Mayk Traut imza atıb. O, MLB (Baş Beysbol Liqası) təmsilçisi "Los-Anceles Encels"lə 12 illik müqavilə bağlayıb. Anlaşmanın dəyəri 430 milyon dollardı. Traut ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı.
Bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus idi. O, "Arizona Daymondbeks"də 34,4 milyon dollar qazanır.
Qeyd edək ki, 2018-ci ilin iyununda "Forbes" jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştiano Ronaldo (108 milyon dollar) üçüncü yeri tutub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət