Dərc edildi: Baxış sayı: 621
İcra nümayəndəsi: 'İşdən azad olunmağım üçün ərizə yazmışam'
"Hazırda yoldayam, Xaçmaza gedirəm ki, işdən azad olunmağım barədə yazdığım ərizəni rayonun icra başçısına təqdim edim".
Bunu "Report"un Şimal bürosuna Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov deyib.
O bildirib ki, 2014-cü ilin yanvar ayınadək Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində işləyib: "Uzun illər müavin işlədikdən sonra Xudat şəhərində icra nümayəndəsiyəm. Hər halda icra başçısı tərəfindən işim müsbət qiymətləndirilməyib. Mən 6 ildir ki, bu vəzifədə çalışırdım. Yəqin ki, rayon rəhbərliyi işimi yaxşı qiymətləndirməyib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət