İcra Hakimiyyəti əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a bildirib ki, hər il qeydə alınan güclü küləklər səbəbindən onlarla ağac aşır:
“Daha əvvəllər güclü külək nəticəsində qeydə alınan fəsadları nəzərə alaraq vətəndaşları diqqətli olmağa səsləyirik. Günün ikinci yarısından etibarən bir neçə saat ərzində Bakı və Abşeron yarımadasında şimal küləyinin sürəti 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir.
Vətəndaşlara ehtiyatlı olmağı, avtomobillərini ağacların altında park etməməyi tövsiyə edirik. Güclü külək nəinki qurumuş ağacları, eləcə də, sağlam ağacları aşıra bilər. Buna görə də yaxşı olar ki, sakinlər özləri də ağacların altında və yaxınlığında dayanmasınlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət