Slimfit
  1. CƏMİYYƏT

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı
Sakura

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR