Slimfit
  1. SİYASƏT

İcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq

İcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq
Sakura

İcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq

Prezident İlham Əliyev 2019-cu il ərzində bir neçə dəfə rayon icra başçılarına xəbərdarlıq edib.

Bu barədə aprel ayında Nazirlər Kabinetinin iclasında, oktyabrın 31-də yeni icra başçıları Elnur Rzayev və Anar Tağıyevi, noyabr ayında isə Bakı meri Eldar Əzizovu qəbul edərkən danışıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət başçısı dünən keçirdiyi müşavirədə də indiki icra başçılarına  xəbərdarlıq edib və əks halda qanunauyğun olaraq cəzalanacaqlarını bildirib:

"İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq".

Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prezident İlham Əliyevin müşavirədəki çıxışını təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR