Slimfit
  1. CƏMİYYƏT

İcra başçısına nə qədər maaş verilməlidir? - Rüşvət almasın deyə

İcra başçısına nə qədər maaş verilməlidir? - Rüşvət almasın deyə
Sakura

İcra başçısına nə qədər maaş verilməlidir? - Rüşvət almasın deyə

Ötən gün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılmasından sonra ölkədə həbs edilən icra başçılarının sayı 5-ə çatıb.

Ens.az BAKU.WS-a istinadən xəbər verir ki, ölkədə bəzi millət vəkilləri icra başçılarının rüşvət almaması üçün müxtəlif variantlar təklif ediblər.

Bunların arasında icra başçılarının maaşlarının artırılması da var. Müxtəlif rayonların icra başçılarının maaşları nə qədər artırılmalıdır ki, rüşvət və digər korrupsiya hallarına rast gəlinməsin? Bu suala cavab tapmaq məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, icra başçılarının ya səlahiyyətləri artırılmalı, ya da tam azaldılmalıdır: "İcra başçılarının səlahiyyətləri artırılmalıdır ki, rayona məsuliyyət daşımaq imkanları olsun. Burada icra başçılarının səlahiyyət yetərsizliyi var və onlar bir sıra məsələlərdə rayon həyatına müdaxilə edə bilmirlər. Lakin məsuliyyəti onlar daşıyırlar.

Ona görə, icra başçılarının ümumi standartlarda yüksək maaş almasına ehtiyac var. Belə olan halda icra başçılarının başqa yerdən umacaqları olmaz. Bu, bütün sahələrə aiddir. Bir yerdə ki, korrupsiya tüğyan edir, orada maaşlar yetərli deyil. Çünki maaşlar yetərli olanda heç kim öz ictimai reputasiyasını korlamaq düşüncəsi ilə problemə baxmır və prosesdə iştirak etmir. Hamı çalışır ki, bu kimi məsələlərdə daha ehtiyatlı və qaydalara uyğun davransın".

Fazil Mustafa əlavə etdi ki, icra hakimiyyətinin funksiyaları bələdiyyələrin funksiyaları ilə dəqiqləşdirilməlidir: "Eyni vəziyyət bələdiyyəyə də aiddir. Bu qurumun da heç bir səlahiyyəti yoxdur, ancaq bütün sənədlərin altında bələdiyyələrin imzası var. Deməli, bütün bələdiyyələr faktiki olaraq cinayət əməlinin girovudurlar. Hansı bələdiyyə nəyəsə qol çəkməyə və ya nədənsə imtina edə bilər? Bu proseslər hüquqi çərçivədə tənzimlənməlidir. Hesab edirəm ki, bələdiyyələrin rolunun qaldırılması bu sahədə əsas vacib məsələlərdən biri ola bilər.

Amma bütün hallarda yaşam standartlarına uyğun maaş verilməlidir ki, icra hakimiyyətləri bu funksiyanı götürsün. Mən təklif edərdim ki, icra hakimiyyətlərinə Türkiyə modelli formatda yanaşmaq lazımdır. Daha çox dövlət hakimiyyətini həyata keçirən yerdə prezidentin təmsilçiləri olur, amma təsərrüfat və icra xarakterli funksiyalar isə yerli özünü idarə olan bələdiyyələrdə olur. Bu sistemə keçmədiyimizə görə bu dolaşıqlıq həmişə qalacaq".

Millət vəkili təklif etdi ki, icra başçılarının maaşı 5 min manatdan yuxarı olsun: "Çünki bir ərazidə icra başçısının fəaliyyəti özünü və ailəsini təmin etmək üçün yetərli olmalıdır. Onun daim işçilərinin də problemləri olur. Bizim məişətimiz də çox bahalıdır. Toyumuz, yasımız və başqa tədbirlərimiz çox bahalıdır. Bunlar hamısı icra başçısının üzərinə düşür, öz işçilərinin yaşam tərzinə də köməklik göstərirlər".

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları 

Bakı şəhəri 1925 manat
Gəncə və Sumqayıt şəhərləri 1280 manat
Əhalisinin sayı 100 min nəfərdən çox olduqda 1045 manat
Əhalisinin sayı 50-100 min nəfər olduqda 990 manat
Əhalisinin sayı 50 min nəfərədək olduqda 880 manat
 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR