Slimfit
  1. AZƏRBAYCAN

İcra başçısı sertifikat verdi

İcra başçısı sertifikat verdi
Sakura

İcra başçısı sertifikat verdi

Təcrübə keçən könüllülərə sertifikat verildi.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülük fəaliyyətini bitirmiş gənclərə sertifikatlar təqdim edib. Başçı təqdimetmə mərasimində  çıxış edərək ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açdı. Ölkə Prezidenti İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışdı və könüllülərə qazandıqları  təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzuladı. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildirdilər. Sonra  könüllülərə sertifikatlar təqdim olundu, xatirə şəkli çəkdirildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR