İcra başçısı Sahil Babayevin işdən çıxardığı şəxslərə vəzifə verib
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bir neçə ay öncə işdən çıxardığı şəxslərə vəzifə verib.
Bu barədə "Arqument.az"a verilən məlumatda bildirilir.
Məlmata görə, Sevindik Hətəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin keçmiş sədri Vahid Vahidovu İcra hakimiyyətinə şöbə müdiri təyin edib.
Vahid Vahidov 2019-cu ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən işdən çıxarılmışdı.
Nazirin işdən çıxardığı Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin digər keçmiş əməkdaşları olan Vüqar Abdullayev və Elmir Əliyarov da Sevindik Hətəmov tərəfindən İcra Hakimiyyətində işlə təmin olunublar.
Vüqar Abdullayev və Elmir Əliyarov Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində Vahid Vahidovun rəhbərliyi altında çalışıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət