Dərc edildi: Baxış sayı: 760
İcra başçısı da Orduya yazıldı
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.
Daha sonra könüllülər qarşısında çıxış edən başçı Azərbaycan Ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğundan danışıb.
Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət