Slimfit
  1. AZƏRBAYCAN

İcma rəhbəri: "Qarabağdakı qanunsuz rejimin qeyri-konstruktiv mövqedən geri çəkilməsinin vaxtı çoxdan yetişib"

İcma rəhbəri: "Qarabağdakı qanunsuz rejimin qeyri-konstruktiv mövqedən geri çəkilməsinin vaxtı çoxdan yetişib"
Sakura

İcma rəhbəri: "Qarabağdakı qanunsuz rejimin qeyri-konstruktiv mövqedən geri çəkilməsinin vaxtı çoxdan…

"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

Özünü Dağlıq Qarabağda yaradılan qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın fikirlərini şərh edən icma rəhbəri vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönüşünə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yer olmuşdur. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin, nədənsə, iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüzminlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı journalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil.

Qanunsuz rejimin indiyə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri çəkilməyin, etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib. Yaxşı olardı ki, Masis Mailyan və ətrafındakılar qarşı tərəfi ittiham etmək əvəzinə, itirilmiş imkanların geri qaytarılması barədə düşünsünlər və münaqişənin tənzimlənməsinə xələl gətirən bəyanat və şərhlərdən çəkinsinlər.

Münaqişə tərəfləri arasında inamın yaradılması məsələsinə gəldikdə isə, biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı müraciətlərimizdə dəfələrlə icmalararası konstruktiv dialoqun aparılması və təmasların qurulması çağırışlarını etmişik. İcmalararası dialoq xalqların gələcək sülhə hazırlanması müstəvisində müsbət töhvə vevə bilər. Lakin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "obstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgə yaşayışı üçün zəmin hazırlana bilər. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR