Slimfit
  1. SİYASƏT

İcma BFT-nin baş katibini Azərbaycanla bağlı açıqlamalarında məsuliyyətli olmağa çağırıb

İcma BFT-nin baş katibini Azərbaycanla bağlı açıqlamalarında məsuliyyətli olmağa çağırıb
Sakura

İcma BFT-nin baş katibini Azərbaycanla bağlı açıqlamalarında məsuliyyətli olmağa çağırıb

“Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirirlər. Bu xüsusda, BFT-nin baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur”.

Ens.Az-ın məlumatına əsasən,bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada yer alır.

Qeyd olunur ki, Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması açıq-aşkar qərəz və ikili standartların təzahürüdür.

Qərbi Azərbaycan İcması BFT-nin baş katibini Ermənistan və Fransanın Azərbaycana qarşı çirkin fəaliyyətində alətə çevrilməməyə və Azərbaycanla bağlı açıqlamalarında ehtiyatlı və məsuliyyətli olmağa çağırır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR