Dərc edildi: Baxış sayı: 1264
İçki içdiyiniz gün başağrı dərmanı qəbul etməyin - Qəfil ölüm baş verə bilir
Alkoqollu içki, energetik içki, pivə içən kişilər qızdırma, soyuqdəymə, başağrısı və qrip zamanı parasetamol və eyni tərkibdə dərman qəbul etməməlidir.
Medicina.az xüsusi araşdırmasına əsasən məlumat verir ki, spirtli içki və pivə içən kişi həmin gün parasetamol qəbul edərsə onun səhhətində geri dönməz ağırlaşmalar yaranacaq, hətta təcili yardım çağırılsa belə nə baş verdiyini anlamayacaq. Çünki içki ilə ağrıkəsicinin reaksiya verdiyi və fəsadları həkimlərin belə ağlına gəlmir və xəstə də bu barədə məlumat vermir.
Sadəcə ağrıkəsici, qızdırmasalici inyeksiyalar edə bilərlər. Lakin 1 sutka ərzində xəstədə kəskin qaraciyər çatışmazlığı baş verə, xəstə ildırım sürətilə həyatını itirə bilər.
Odur ki, ailə üzvlərinizin içki içdiyi gün dərman qəbul etməsinə yol verməyin.
Aygün Musayeva
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət