Slimfit
  1. DÜNYA

İçərisində iynə olan çiyələk aşkarlandı - Polis cinayətkarı tapana 100 min dollar verəcək

İçərisində iynə olan çiyələk aşkarlandı - Polis cinayətkarı tapana 100 min dollar verəcək
Sakura

İçərisində iynə olan çiyələk aşkarlandı - Polis cinayətkarı tapana 100 min dollar verəcək

Avstraliyada içərisində iynə olan çiyələklər aşkar edilib.

Publika.az lenta.ru nəşrinə istinadən xəbər verir ki, hadisə ölkənin Kvinslend ştatında qeydə alınıb. Supermarketlərdə içərisinə sancaq, iynə batırılmış 10 -a yaxın çiyələk aşkarlanıb və şikayət əsasında məhsullar vitrindən yığışdırılıb. Kvinslend ştat polisi meyvələrə tikiş iynələri və sancaqlar yeridən şəxsi tapana 100 min Avstraliya dolları (təxminən 71 min ABŞ dolları) mükafat elan edib.

Yerli sakinlərin həyatlarını təhlükə altına qoyan insanın axtarışına kömək etmək üçün ştat meri Anastasiya Palaşuk da çağırışlar edib:

"Bu yalnız ailələrin həyatını risk altında qoymur. Eyni zamanda Kvinslend şattının çiyələlk istehasalından əldə etdiyi 160 milyon dollar da itirilir. Bu bir təxribatdır".

Çiyələk sənayesinə qarşı təxribat səbəbindən bir çox ölkələr, eləcə də Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırıb.

İlkin versiyaya əsasən, buna mağaza daxilində narazı əməkdaşlardan biri şərait yarada bilər. Hal-hazırda bütün mərhələlərdə cinayət araşdırılır. Mağazalara paylanıılan meyvələr yoxlanışdan keçirilir. Rəsmilər vətəndaşlara gileymeyvələri yeməzdən əvvəl kəsməyi və ehtiyalı olmağı tövsiyə edirlər.

Xatırladaq ki, ştat mağazalarından birində əqli qüsuru olduğu deyilən 62 yaşlı qadının bananın içərisinə tikiş iynəsi sancarkən saxlanıldığı da qeyd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR