Slimfit
  1. AZƏRBAYCAN

İçərişəhərdə restoranların təmir-bərpa işləri bu ay yekunlaşacaq

İçərişəhərdə restoranların təmir-bərpa işləri bu ay yekunlaşacaq
Sakura

İçərişəhərdə restoranların təmir-bərpa işləri bu ay yekunlaşacaq

Kiçik Qala küçəsində yerləşən restoranların təmir-bərpa işləri bu ay yekunlaşacaq.

Oxu.Az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov Qoruq ərazisində jurnalistlərə açıqlama verərkən deyib. 

O bildirib ki, əvvəllər qala divarları boyu taxta konstruksiyalar olan restoranlar fəaliyyət göstərib: 

“Bu gün gördüyünüz restoranlar şüşə-dəmir konstruksiya ilə əvəz olunur. Çünki taxta konstruksiyalarda vaxt keçdikcə çürümə gedir, taxtalar keyfiyyətini itirdikcə, görünüş də o qədər formasını itirir.

Eyni zamanda, heç bir restoranda sanitar qovşaqları yox idi. Restoranların mətbəxlərində olan avadanlıqların da istifadə müddəti keçmişdi. Buna görə də həm sanitar qovşaqlar, həm də mətbəxlərdəki avadanlıqların dəyişməsinə ehtiyac vardı. Hazırda bu istiqamətdə təmir-bərpa işləri aparılır”. 

Tarixi məkanlarda restoranların fəaliyyət göstərməsinə münasibət bildirən sədr qeyd edib ki, dünyanın heç bir yerində tarixi abidələrin ərazisində yerləşən restoranların sayını tənzimləyən qayda yoxdur: 

“İstənilən tarixi ərazidə əsas məsələ onun mühafizəsidir. İlkin şərt heç bir abidəyə zərər verməməkdir. Bu şərtlər altında ərazidə restoran, suvenir dükanları və digər iaşə obyektləri fəaliyyət göstərə bilər. Bu cür tarixi abidələr yerləşən ərazilərdə restoranların olması normaldır”.

Ə.Ələkbərov Qala divarı boyu yerləşən dəmir-şüşə konstruksiyaların Qala divarı ilə arasındakı məsafəni Qoruq İdarəsinin müəyyənləşdirdiyini söyləyib:

“İçərişəhər ərazisindəki tikinti-bərpa işləri ilə bağlı bütün qərarlar Qoruq İdarəsi tərəfindən verilir. Və bu tikililər sökülə bilən olduğu üçün Qala divarı ilə arasındakı məsafə 40-60 santimetr arasında dəyişir”. 

İçərişəhərdə aparılan bərpa işləri, yeni layihələrlə tanışlıq həyata keçirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR